İran

Muəmmər əl-Əriani İranın Yəmənə təzyiqləri barədə çağırış edib

Yəmənin Bilgiləndirmə vəziri Muəmmər əl-Əriani ötən gün İranın Yəmənə qarşı açıq-aşkar təcavüzü barədə bildiriş verib. O, bölgə xalqlarını və ölkələrini Yəməndə baş verənlərə tamaşaçı qalmamağa çağırıb.
Vəzir bildirib ki, Yəmənin qanuni dövləti bölgədə hərc-mərcliyin qarşısının alınmasında tarixi mübarizə aparır.
Bildirək ki, Yəmənin qanuni dövləti bazar ertəsi İranı “tüğyankar” rejim adlandırıb və onun Yəmənə qarşı yanaşması ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasına şikayət edib.
Yəmən dövləti habelə İranın terror ünsürlərindən sayılan jeneral Həsən Əjir İrlunun Sənaada qiyamçı Husi yaraqlıları yanında səfir təyin edilməsini və Yəmənin Tehrandakı səfirliyinin husi yaraqlılarına verilməsini pisləyib.

Related Articles

Bir cavab yazın

Back to top button