İran

Buşehrdə onlarla sosial media fəalı həbs edilib

Son bir həftə ərzində İranın Buşehr əyalətində 84 sosial media səhifəsi bağlanıb və onların adminləri həbs ediliblər.

 Bu barədə əyalətin polis rəisi Heydər Susəni məlumat verib.

O, bağlanan sosial media kanallarının vulqarlığı təbliğ etmək və qaydaları pozmaqda günahlandırıldıqlarını iddia edib.

Saxlanılanların kimliyi barədə açıqlama verilməyib.
Qeyd edək ki, aprelin 19-da İsrailin İrana hava zərbələri endirməsi ilə bağlı paylaşım edən onlarla sosial media fəalı həbs edilib.

Related Articles

Bir cavab yazın

Back to top button