İran

Muğanda neft axtarışlarının son mərhələsi həyata keçirilir

“Hazırda Muğan bölgəsində nəft axtarışı son mərhələsinə keçib və ümid edirik ki, isfənd ayının əvvəllərinədək Muğan bölgəsində nəftin çıxarılmasına nail olacağıq”. Bunu Parsabad, Biləsuvar və Aslandüz əhalisinin İslami Şura Məclisində nümayəndəsi Abbas Cahangirzadə deyib. Onun sözlərinə görə, nəftin axtarışı və çıxarılması Muğan bölgəsi üçün yüksək önəm daşıyır. Bundan başqa, Muğan barandazının tikilməsi İranla Azərbaycan Cümhuriyyətinin vəzirləri və müavinlərinin bölgəyə səfərləri ilə bəlli edilib. Abbas Cahangirzadə habelə Muğan çölündə yağlı dənələri ayırma karxanasının tikiləcəyini vurğulayıb. Məlumata görə, artıq bu barədə qərardad bağlanıb. Belə ki, 1200 milyard tümən sərmayə yatırımının yüzdə 50-si özəl bəxş, başqa bir qismi isə banklar tərəfindən təmin ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button