Azərbaycan

Muğanda Urmu gölü ilə bağlı aksiya keçirilib

Mədəni və çevrə fəalları parsabad şəhərində baner asıblar.

Muğanın parsabad şəhərinin milli və çevrə fəalları Urmu gölü ilə bağlı aksiya keçirib, ekoloji problemə diqqət çəkmək üçün baner asıblar.

Banerdə “Urmu gölü can verir, Tehran onun qətlinə fərman verir” və “Bu qan yerdə qalmayacaq” kimi şüarlar yazılıb.

Qeyd edək ki. son günlər Urmu, Təbriz və Ərdəbil şəhərlərində oxşar aksiyalar keçirilib və vətəndaşların diqqətinin baş verən ekoloji fəlakətə diqqətinin cəlb olunmasına çalışılıb.

Son statistikaya görə, Urmu gölünün 90 faizdən çoxu quruyub və gölün canlandırılması üçün nəzərdə tutulan layihələrin tamamlanması gecikdirilir.

Related Articles

Bir cavab yazın

Back to top button