Oktyabrın 19-da Ərdəbil əyalətinin Muğan bölgəsinin Parsabad şəhərində yaşayan Aydın Cəfərinin həbs edilib.
Bundan öncə oktyabrın 18-də Biləsuvar sərhəd xidməti bölməsindən ona sərhəd alayının qərargahına getməsi ilə bağlı çağırış göndərildiyi, Cəfərinin çağırışın etibarsız olduğu üçün getməkdən imtina etdiyi bildirilir.
Onun hara aparıldığı və nədə ittiham olunduğu barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.