Azərbaycanİran

Mühacir kürdlərin İran məclisindəki deputatı Qəsım Osmani Azərbaycan türkərini təhqir etdi

son yzillikdə Azərbaycan ərazilərinə köçən mühacir kürdlərin Bəykəndi (Bukan) şəhərindən İran məclisinə deputat göndərilən Qəsım Osmani kürd terrorçuların tələbləri istiqamətində Azərbaycan türklərini təhqir edib.

Azərbaycan həqiqətlərini təhrif edən Qəsım Osmani Azərbaycan əhalisinin 50%-nin kürd olduğunu iddia edib və bununla da tələb edib ki, Qərbi Azərbaycan vilayətinə kürd vali təyin edilməlidir.

Məhəmməd Qəsım Osmani yeni seçilən Qərbi Azərbaycan valisindən yana olanları pantürk adlandırıb və Azərbaycan əhalisinin 50%-nin kürd olduğunu iddia edib.

Son həftələrdə adı Qərbi Azərbaycan valisinin seçilməsinə maneçilik törətməkdə hallanan Bukan nümayəndəsi Qəsım Osmani dünən İran parlamentində çıxış edib.

Osmani gülünc bir iddia ilə valinin təyinatının gecikdirilməsinin “Azərbaycan əhalisinin 50%-ni köçürmək” cəhdi olduğunu və “pantürkist əməllərin nəticəsi olduğunu” bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button