İran

Əli Mütəhəri: “Taliban İran məsullarından ağıllıdır

Əli Mütəhhəri: “Talibanın ağlı bizdən daha çoxdur və Amerika səfirliyinə hücum etməyi düşünmür”

İranın Məclis başqanının keçmiş yardımçısı Əli Mütəhhəri Taliban üzvlərinin ağlının bəzi mövqelərinə görə İran İslam Cümhuriyyəti rejimini idarə edənlərin ağlından daha üstün olduğunu deyib.

O, öz “Tuiter” hesabında yazdığı paylaşımda qeyd edib ki, Talibanın bölgəsəl və uluslararası anlaşmalara bağlı qalacağını elan etməsi, eləcə də Amerika ilə yaxşı ilişkilər qurmaq istəməsi “onların ağlının bizim ağlımızdan daha üstün olduğunu” və Amerika səfirliyinə hücum etməyəcəklərini göstərir.

Özü hicabın icbari olmasını vurğulamaqla xanımlara qarşı fikirləri ilə məşhurlaşan Əli Mütəhhəri sonda bildirib ki, əgər Taliban söz azadlığı və xanımların hüquqlarına riayət etsə o zaman “onlara ümid bağlamaq olar”.

Related Articles

Bir cavab yazın

Back to top button