Dünya

Müharibədə uğursuzluqla qarşılaşan Rusiya gizli səfərbərliyə başladı

Ukrayna ilə müharibədə məğlubiyyətlə qarşılaşan Rusiya gizli səfərbərliyə başlayıb və Ukraynaya qarşı müharibəyə 60 minə yaxın insanı cəlb etmək niyyətindədir. Bu barədə Ukrayna Baş Qərargahı məlumat verib.

“Düşmən bölmələri onillərdir istifadə olunmayan köhnəlmiş texnika ilə təchiz etməyi planlaşdırır. Rusiya hərbi-siyasi rəhbərliyi hərbi hissələrin müharibə dövrü vəziyyətinə gətirilməsi üçün ehtiyatda olan hərbçilərin gizli səfərbərliyinə başlayıb. Artıq döyüş təcrübəsi olanlara üstünlük verilir. Sıravi əsgərlər, çavuşlar və zabitlər səfərbər olunur”, – məlumatda qeyd olunub.

Baş Qərargah qeyd edib ki, Rusiya Krasnodar, Perm, Dağıstan, İnquşetiya, Kalmıkiya respublikalarının əhalisini səfərbərliyə çağırır.

Related Articles

Bir cavab yazın

Back to top button