Dünya

MÜSƏLMAN QADIN QAZİ SEÇİLDİ

Britaniya tarixində ilk yaşanıb. Hicablı müsəlman qadın qazi seçilib.
Bu barədə “The Independent” xəbər yayıb.
40 yaşlı Raffiyə Ərşad 17 ildən çoxdur ki, hüquq sahəsində təcrübə keçir. O, nümunəsinin digər müsəlman qadınlar üçün çox vacib olduğunu düşünür.
R.Ərşadın sözlərinə görə, erkən yaşlarından ona dini mövqeyi səbəbindən peşədə uğur qazana bilməyəcəyini deyiblər. Buna baxmayaraq, o, iş həyatı boyu hicabdan imtina etməyib.
O, təyinatı ilə əlaqədar bir çox insandan dəstək mesajları aldığını deyir.
R.Ərşad Britaniya müsəlmanlarının həyatı ilə əlaqəli bir çox sahədə qanun tətbiq edib. Bunlara ailə hüququ, məcburi evlilik, eləcə də İslam hüquqlarına dair digər məsələləri aid etmək olar.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close