DünyaİranSiyasət

Mütəxəssis: ABŞ və İran prezidentləri BMT-nin Baş Assambleyası zamanı görüşə bilərlər

ABŞ prezidenti və onun iranlı həmkarı Həsən Ruhani BMT-nin Baş Assambleyası çərçivəsində görüşə bilərlər.

Aznews.tv xəbər verir ki, bu haqda İsrailin Haaretz dərcinin köşəyazarı Amos Arel deyib.

“İran və ABŞ prezidentlərinin görüşü artıq, demək olar ki, hazırdır. Bildiyiniz kimi də Tramp bir neçə dəfə görüşə hazır olduğunu bildirib”, – deyə A.Arel əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda ABŞ müdafiə naziri Mark Esper də bu görüşün mümkün olduğunu etiraf etmişdi.

“Görünür ki, İran görüşün vacib olduğunu anlamağa başlayır. Ümid edirəm ki, bu görüş baş tutacaq”, – deyə o, vurğulamışdı.

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button