Dünya

Müxalif partiyalar Paşinyanın istefasını tələb edir

Ermənistan parlmanında təmsil olunan müxalif Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları baş vəzir Nikol Paşinyanın istefasını istəyir. Məsələ ilə bağlı məlumatı “Novosti Armenii” yayıb. Belə ki, novambrın 17-də qanunverici orqanın 4 günlük toplantısı başlayıb. Parlmanın gündəliyindəki iki məsələdən biri 2021-ci il üçün dövlət büdcəsi tərhidir.
Milyonçu millət vəkili Qaqik Sarukyanın başqanı olduğu Çiçəklənən Ermənistan Partiyası və millət vəkili Edmon Marukyanın başçılıq etdiyi İşıqlı Ermənistan Partiyası isə parlamentin növbədənkənar toplantısının çağırılmasını və gündəliyə yalnız hökumət başçısı Nikol Paşinyanın istefasının daxil edilməsini istəyiblər.
Müxalifətdən olan millət vəkillər baş vəzirin istefa verməsində israrlıdırlar. Onlar Paşinyanın dövləti idarə etməsi üçün səlahiyyətinin olmadığını bildiriblər. Millət vəkilləri bildiriblər ki, ali baş fərmandeh kimi o problemi həll edə bilməyib, Qarabağ müharibəsini uduzub. Habelə Qarabağdakı ikinci böyük şəhəri – Şuşanı müdafiə edə bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button