İran

Müxalif qruplarla atışmada iki İran zabiti öldürülüb

Bu barədə Kürdüstan əyalətinin Sərhəd Mühafizəsinin komandiri məlumat verib.

Kürdüstan əyalətinin Sərhəd Mühafizəsinin komandiri Məhəmməd Arif Sepehrinin verdiyi məlumata görə, İranın Kürdüstan əyalətinin Banə şəhərinin sərhəd bölgəsində silahlı müxalif qruplarla sərhədçilər arasında silahlı qarşıdurma olub.

İyulun 20-də baş verən qarşıdurmada baş gizir Əli Fazili Şad və leytenant Mehdi Məhəmmədinəsəb adlı iki İran sərhədçisinin öldürüldüyü, birinin isə yaralandığı bildirilir.

Sərhəd Mühafizəsinin komandiri atışma zamanı silahlı kürd təşkilatlarına mənsub qrupun ölkəyə girməsinin qarşısını almağa çalışıldığı zaman baş verdiyini qeyd edib.

Hələlik İrana müxalif silahlı kürd təşkilatlarından heç biri silahlı toqquşma ilə bağlı mövqe bildirməyib və məsuliyyəti üzərinə götürməyib

Related Articles

Bir cavab yazın

Back to top button