Bu barədə məlumat verən fəallın ailə üzvləri onun həbs müddətinin 13 oktyabr tarixinə kimi uzadıldığını bildiriblər.
Onlar qeyd ediblər ki, bir aydır Təbriz təcridxanasında qeyri-müəyyən vəziyyətdə saxlanılan sənətçinin girov qarşılığında sərbəst buraxılmasına icazə verilmir.
Qeyd edək ki, təhlükəsizlik məmurları Peyman İbrahimi Dinvəri avqustun 26-da Təbrizdə həbs ediblər.
Saxlanılan zaman onun ağır şəkildə döyüldüyü və bədən xəsarətləri aldığı bildirilib.
Dövlət qurumları fəalın ittihamı barədə açıqlama verimirlər.