İran

NƏ QƏDƏR ƏRZiN SƏNƏDSiZ SAXLANILMASI QADAĞAN EDiLiB?

Son illərdə İran rialı ərzə qarşı dəyərini kəskin itirib.
İran Mərkəzi Bankı, əhali tərəfindən ərzin (əskinasların) ən çoxu 10 min yoro və ya başqa ərzlərdə qarşılığının aparılması və saxlanmasına icazə verilməsi barədə göstəriş verib.
Mərkəzi Bank bildirir ki, 10 min yorodan çox ərz saxlayan şəxslərdən vam müəssisəsinin sənədi, sena residi və gömrük izharnaməsi istəyəcək.
Açıqlamada, vam müəssisəsinin sənədinin verildiyi tarixdən etibarən altı ayda mötəbər olacağı bildirilib.
Qeyd edək ki, son illərdə İran rialı xarici ərzlərə qarşı dəyərini kəskin itirib və bu il də yüzdə 10-dan çox düşüb.
1397-ci ilin əvvəlində dolların qiyməti 5 min tüməndən aşağı idi, ancaq hal-hazırda 17.650 tümənədək artıb.
Onu da bildirək ki, əksər insanlar darayilərini qorumaq üçün pullarını dollara və başqa mötəbər ərzlərə çeviriblər.

Related Articles

Bir cavab yazın

Back to top button