İran

Nəhavənd bölgə əkinçiliyi üçün əlverişli zona hesab edilir

Həmədan ustanının Nəhavənd şəhristanında 71 min hektar yabanı və su əkin ərazisi var. Şəhristanın ərazisi 1535 hektar, əhalisi isə 187 000 nəfərdir. Bu ərazilərdən illik ümumilikdə 400 min ton çeşidli əkin və bağ məhsulları becərilir. Əldə olunan məhsullar isə ölkənin daxili və xarici bazarlarında satışa çıxarılıb. Qeyd edək ki, bölgənin iqlimi mülayim dağlıq olduğundan bölgə əkinçilik və heyvandarlıq üçün əlverişli məntəqə hesab edilir. Nəhavənd şəhristanı “Cahad Kişavərzi” İdarəsinin müdiri Kərim Hacıbaba Əlinin sözlərinə görə, təxminən 10 ildir ki, dünyanın qabaqcıl əkin cihazları idarənin həmkarlığı və nəhavəndli əkinçi Hac Qurban Kianinin köməyilə tarlalara gətirilir. İdarə rəsmisi bildirib ki, bu il Nəhavənddə qənd çuğundurunun əkilmiş məsahəti 3 min hektardır, hər bir hektarda isə ortalama 60-70 ton məhsul becərilib. bu əkin ilində Nəhavənddə 3 min hektar çuğundur əkilib. Belə ki, ərazidən 180 ton qənd çuğundurunun yığılaraq karxanalara göndərilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Həmədan ustanı Nəhavənd şəhristanının əkin məhsulları sırasında əsasən buğda, arpa, məkə, günəbaxan, keşniş, qənd çuğunduru, lobya, noxud, xiyar, alma, şaftalı, alı, girdəkan və gilas yer alır.

Related Articles

Bir cavab yazın

Back to top button