AzərbaycanBölgəCəmiyyətDünya

Narco Karabakh: Cəhənnəmə xoş gəlmisiniz… – FOTO – VİDEO

1news.az İnfromasiya Agentliyi britaniyalı müəllif Harold Keynin, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin cinayətkar mahiyyətinin araşdırılmasına həsr olunmuş qalmaqallı “Narco Karabakh” kitabından seçmələri tərcümə edərək dərc etməyə başlayır.

Aznews.tv sizə bu aradşırmanın “Giriş” hissəsini təqdim edir:

Cəhənnəmə xoş gəlmisiniz!

Ermənistanın paytaxtı İrəvana xoş gəlmisiniz. “Şarlott” kabaresinə xoş gəlmisiniz. Cəhənnəmə xoş gəlmisiniz.

Kristina önə elə əyilir ki, onun lüt sinəsi üzümə toxunur. O, gülümsəyir. Lakin , hətta bu pinti klubun qaranlığında belə bu gülüşün arxasında heç nə olmadığını görmək olur. Gözləri sanki şüşədəndir.

Nəyin bahasına olursa olsun mənimlə “anlaşmaq” üçün düz gözlərimin içinə baxmağa çalışaraq mənə “Siz mənimlə başqa otağa getmək istəyirsiniz”” sualını verir.

Mən artıq, gizlincə masanın üstünə buraxılmış “menyunu” gözdən keçirmişəm. Orada, bu kabaredə hansı “xidmətlərdən” yararlana biləcəyim aydın şəkildə yazılıb.

Əlbəttə ki, siz bir neçə yüz dollar verərək mehmanxanadakı otağınıza qız dəvət edə bilərsiniz. Lakin, demək olar ki, üstümdə oturaraq, Kristina qulağıma, klubda qalacağım təqdirdə olduqca orijinal əlavə “xidmətlərdən” yararlana biləcəyimi pıçıldayırdı.

Lakin bu dəfə, Kristina gözlədiyindən daha çox alacaq idi – amma cinsi yaxınlığıa görə yox.

Öncədən ona 200 dollar verib, cinsi yaxınlıq olmadan daha 200 dollar verəcəyimi vəd edərək, ona səhər mənimlə görüşüb bir fincan kofe içməyi təklif edirəm. Sadəcə söhbətə dəvət edirəm. O, razılaşır.

Saat 11-də dağınıq baxışla sözləşdiyimiz yerə gəlir. Onun növbəsi kabare bağlananda, yəni səhər saat 6-da bitmişdi. İştahla kökəni yeyib bir fincan bərk türk kofesi içdikdən sonra o, artıq öz hekayəsini mənə danışmağa hazırdır.

Demək olar ki, 16 yaşında Dağlıq Qarabağda yerləşən kiçik Vəng şəhərindəki kasıblaşmış ailəsindən pul əvəzinə alınan Kristina olduqca təhlükəli adamların əsirliyinə düşür və onlar qızı nəşəyə alışdırır.

Getdikcə Kristina olur və doza üçün hər şey hazır olur. O vaxtdan bəri, 6 ildir ki, “Şarlott” kimi iyrənc kabarelərdə kişilərə “xidmət” göstərərək, həm yaşamı, həm də nəşə almaq üçün pul qazanır.

Qısa müddət Yunanıstanda yaşayıb. Nəşəxor olduğuna və mütəmadi olaraq sifarişçiləri tərəfindən döyülməsinə baxmayaraq, əcnəbilərə pisniyyətli olmalarına və kobud seksə üstünlük verdikləri üçün, onu bu çirkli biznesə aludə edən ermənilərdən daha çox nifrət edir.

Beləliklə, onu Afinada saxlamaq daha böyük problemə dönüşdü.

Bu səbəbdən Kristinanın “evə” qaytarırlar. Lakin İrəvan bu günədək onun üçün yaddır. Kiçik şəhərinin sakit həyatı artıq əlçatmaz görünür.

Yunanıstandan sonra, 5 ildir ki, İrəvanın klublarında gecə pərvanəsi qismində çalışır. Olduğu kişilərin artıq sayını itirib. O, bu yolun cəhənnəmə apardığını düşünmür. O, əmindir ki, əsl cəhənnəm elə yaşadığı bu həyatdır.

Bir çox kişiyə “xidmət” etməsinə baxmayaraq, Kristina cəlbediciliyini itirməyib. Təəcüblü deyil ki, o məşhurdur. Özü iddia edir ki, bir dəfə “Şarlott” kabaresinin önündəki küçənin əks tərəfində yaşayan böyük bir insana xidmət edib. Kim olduğunu açıqlamır, lakin klubu tərk edərkən küçənin o biri tərəfindəki binanı gördüm – başqa binaların fonunda parlayan prezident iqamətgahı.

“Şarlott”-un parıltılı neon işıqları prezidentin rəsmi iqamətgahından yaxşı görünür. Deyirlər ki, sabiq prezident qadınları məhz iqamətgahda qəbul edərmiş. İqamətgahın hazırki sakini, hələ ki belə işlərə bulanmayıb.

Hər halda, hamı bu klubu və onun nə funksiya daşıdığını bilir. Lakin bu cür kabarelər “Omeqa”, “Kaliforniya” və s. kimi adlar altında uğurla fəaliyyət göstərir.

Kristinaya gəldikdə isə, narkotiklərə verdiyi pulu çıxsaq, az mqidarda vəsait qazanır. Bundan əlavə, mütəmadi olaraq zorakılığa məruz qalır. Onun xidmətlərindən istifadə edən acımasız və içkili kişilər verdiyi cüzi pula görə ona əziyyət verməkdə haqlı olduqlarını sanır.

Kristina mənə, aldığı travmalardan qalan çaöıqlarını göstərir. Hətta cins şalvarını aşağı dartaraq iki dənə abortdan qalan çapıqları nüçayiş edir. Qoruyucusuz cinsi zorakılığa məcbur edildiyi üçün bu hamiləliklər qaçınılmaz idi. Belə hallar baş verir. Bəzi klientlər lateks istifadə etməyi xoşlamır…

Ermənistanın paytaxtı İrəvana xoş gəlmisiniz. “Şarlott” kabaresinə xoş gəlmisiniz. Cəhənnəmə xoş gəlmisiniz.

Bu hadisə mənim başıma, tamamilə başqa mövzunu araşdırarkən gəlir. Mən, demək olar ki, gözlənilməz olaraq Dağlıq Qarabağa rast gəldim. Daha çox öyrənmək üçün, keçmiş Yuqoslaviya ölkələrindən birində gizli şəkildə işləyən köhnə dostuma müraciət etdim. O, suallarımın cavabını harada axtarmaq lazım olduğu barədə məsləhət verdi.

Onun özü, işlədiyi nüfuzlu strukturun belə Dağlıq Qarabağ kimi, qlobal cinayət şəbəkəsinə qoşulan problemli bölgələrin öhdəsindən gələ bilməməsindən olduqca narazı idi.

Həqiqətən də, qondarma “Artsax” o qədər zəhərlidir ki, hətta digər qeyri-qanuni rejimlər belə onu tanımır. Bu qondarma rejimi dəstəkləyən, maliyyələşdirən və qoruyan Ermənistan belə onun “müstəqilliyini” tanımayıb.

“Sahara Ərəb Demokratik Cumhuriyyəti”, Abxaziya, Cənubi Osetiya, Somalilend kimi separatçı bölgələr beynəlxalq tanınma “oksigeni” uğrunda mübarizə apardığı və tədricən tanınmaya nail

Lakin məni ən çox təəcübləndirən amerikalı dostumun münasibəti idi. Onun sonuncu təyinatı, coğrafi baxımdan, problemin mərkəzinə yerləşdirir və bu problem artıq onun şəxsi məsuliyyətinə çevrilir, çünki məhz Şərqi Avropanın hüdudları bu ikrahedici cinayətkar fəaliyyətin çoxalmasının şahidi olmuşdur. O izlərin hara apardığını bilirdi – beynəxalq qanunvericilyinin nəzarəti altına olmayan boz ərazilər.

Asiya və Avropa arasındakı yolların kəsişməsində yerləşən Dağlıq Qarabağ bu boz ərazilərdən biridir.

BMT-nin Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrin tələblərinə baxmayaraq, Ermənistan hələ də Azərbaycanın torpaqlarını işğal edir.

2008-ci ilin martın 14-də BMT-nin Baş Assambleyası Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən və azərbaycanlı əhalinin doğma torpaqlarına qayıtmaq haqqını xüsusi ilə vurğulayan qətnamə qəbul edir.

İşğaldan sonrakı müddət ərzində vaxtı ilə təbiət möcüzəsi olan Dağlıq Qarabağın torpaqları getdikcə qlobal cinayətkarlıq şəbəkəsinin məntəqələrinin birinə çevrilirdi. Əfqanısytanlı narkobaronlar, çinli və afrikalı insan alverçiləri, həmçinin silah tüccarları üçün Dağlıq Qarabağ iş bazasına, qlobal cinayətlər həyata keçirmək üçün məlumat mübadiləsi mərkəzinə çevrilir.

O, Londondakı taleyüklü görüşdən sonra mən və komandam, həqiqəti üzə çıxarmaq üçün transmilli cinayətkarlığın qaranlıq dünyasına qərq olur.

Xankəndi və İrəvana səfərlərim, Pakistan, Sudan, Türkiyə, İspaniya, Böyük Britaniya, Bolqarıstan, Gürcüstan, Cibuti, Eritreya və digər ölkələrə ziyarətlərim arasında sıxılıb qalmışdı. Fərqli ölkələrin hüquq-mühafizə orqanlarının yüksək vəzifəli nümayəndələri ilə görüşlərdən sonra ümumi mənzərə aydınlaşmağa başladı.

Onlar sərhədsiz, “başqa kainatda” işləyir. Orada narkotik və silah dövriyyəsi, həmçinin insan alveri öz kanalları vasitəsi ilə tənzimlənir, bəzən isə dövlət institutlarının müdaxiləsi olmadan, qlobal anlaşmaların və qanunvericiliyin xaricində fəaliyyət göstərir.

Dağlıq Qarabağ və onun ətrafında yaradılan “dondurulmuş” münaqişə uzaq görsənə bilər, lakin məsələyə bu prizmadan baxdıqda, aydın olur ki, düz Avropanın böyründə fəaliyyət göstərən bir baza yaradılıb və hər çür cinayətkarlar burada istədiyi çirkli əməllərini edir.

“Narco Karabakh” məhz b cür beynəlxalq cinayəkarlıq xabının necə yaradılmasının necə mümkün olduğunu təhlil etməyə çalışır…

Arıqlamasına və narkotiklər səsbindən əldən düşməsinə baxmayaraq, mənimlə söhbət edərkən Kristina hisslərinə hakim ola bilmir.

Özü üçün ağlamırdı. Dediyinə görə, artıq onun həyatını dəyişmək mümkün deyil. Satdığı ailəsi, onu heç vaxt bu cür geri qəbul etməyəcək.

Kristina bu həyata hazırlaşdırılan yüzlərlə qıza görə ağlayırdı. Bəlkə də onlar London, Madrid, Paris və ya Berlin kimi şəhərlərə gedəcəklər. Bəlkə də, onlardan hansılarısa siyasətçi və məmurlara xidmət göstərəcək, çünki mafiya pul ilə birgə hökümətlərə belə xidmət göstərərək, onların cinayət əməllərinə göz yummalarını təmin edir.

Altı ildən sonra Kristina insan olmamağın nə olduğunu yaxşı bilir.

Lakin bu gün o mənimlə İrəvanın mərkəzində kafedə oturub türk kofesi içir. Yüngül meh saçlarını oxşayır, ağacların yarpaqları yerə düşür. Demək olar ki, romantik bir mənzərə idi.

Buna baxmayaraq, Kristina öz hekayəsini danışanda, üzdə olmasa da belə, ruhumla ağlayırdım.

Mən onun və bur cinayətkar rejim tərəfindən həyatları məhv olan insanların hekayəsini işıqlandırmaq niyyətindəyəm…

Harold Keyn

London

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button