Dünya

NASA Marsda helikopterin sınaq uçuşunu həyata keçirəcək

Merrixə “Perseverance” dəstqahında göndərilmiş “Ingenuity” helikopterinin ilk sınaq uçuşu gələn həftənin duz günü gerçəkləşdirilə bilər. Bu açıqlama NASA-nın saytında dərc edilib.
Məlumata görə, helikopterin sınaqlarına Amerikanın Şərq sahili vaxtı ilə təxminən saat 03:30-da başlanılacaq. Sınaq haqqında məlumatlar “Yer kürəsinə bir neçə saatdan sonra çatacaq”. Test uçuşu yubanılmazsa, NASA uzmanları saat 14:00-da toplantı keçirəcəklər.
Vurğulayaq ki, daha öncə “Ingenuity”nin avrilin 11-nə planlaşdırılan ilk uçuşu bir neçə dəfə təxirə salınıb. Bununla yanaşı, NASA helikopterin bütün sistemlərinin normal işlədiyini bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button