Azərbaycanİran

Azərbaycanlı gənc İran bayrağını yandırmaq ittihamı ilə edam edilə bilər

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərindən olan Meysəm Mübrəhən adlı gənc İran bayrağını yandırmaqda günahlandırılaraq barəsində edamla nəticələnə biləcək "müharibə" ittihamı irəli sürülüb.

Noyabrın 19-da Məlikanda keçirilən etiraz nümayişində iştirak etdiyi üçün həbs edilən gənc azərbaycanlı Marağa həbsxanasında saxlanılır.

Meysəm Mübrəhənin yaxınlarından birinin verdiyi məlumata görə, noyabrın 19-da Məlikanda İran bayrağı hökumətə bağlı qüvvələr tərəfindən yandırılıb və bu etirazçıların separatçı olduğu barədə iddiaları əsaslandırmaq üçün həyata keçirilib. (Axar.az)

Related Articles

Bir cavab yazın

Back to top button