Dünya

Ned Prays: “İranın öhdəliklərindən boyun qaçırması yanlış addımdır”

Amerika Dövlət Dəftərinin mətbuat xidmətinin başqanı Ned Prays jurnalistlərlə keçirdiyi brifinqdə atom anlaşması məsələsinə toxunub. Amerika rəsmisi 2015-ci ildə Tehranla Qərb arasında imzalanmış atom anlaşmasından və İranın öhdəliklərindən boyun qaçırdığını diqqətə çatdırıb. Ned Prays bildirib ki, İran üzərinə götürdüyü öhdəliklərin icrasından imtina etməklə yanlış addım atır. Onun sözlərinə görə, İran bu anlaşma çərçivəsində üzərinə götürdüyü öhdəliklərini azaltmaqdan çəkinməlidir.
Xatırladaq ki, İran Xarici İşlər Vəzirliyinin sözçüsü Səid Xətibzadə fevriyyənin 15-də mətbuata açıqlamasında Qərb ölkələrinə bildiriş edib. O, təhrimlərin davam etdiriləcəyi təqdirdə, İranın İlhaqi Protokoldan çıxacağını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button