Dünyaİran

Ned Praysdan İrana qarşı sanksiyalarla bağlı açıqlama

“Amerika və ya dünyanın başqa bir ölkəsinin İranı dağıdıcı davranışlarına görə təhrim edə bilməyəcəyi atom anlaşmasının heç bir maddəsində əks olunmayıb”. Bunu Amerika Dış İşləri Baxanlığının sözçüsü Ned Prays bildirib. Onun sözlərinə görə, Amerika diqqətini BƏRCAM-a zidd təhrimlərin necə ləğv edilməsinə yönəldib. Ancaq Vaşinqton İranın başqa dağıdıcı fəaliyyətlərinə görə cavabdehlik daşıması üçün çalışmalarını davam etdirəcək. “İranın davranışları bizi nigaran edir. Tehran insan haqlarını pozması, ballistik raket proqramı və terrorçuluğu dəstəkləməsinə qarşı çalışmalarımızı dayandıracağımız düşüncəsinə qapılmamalıdır”,-deyə Amerika məsulu diqqətə çatdırıb. Prays bildirib ki, BƏRCAM-ın canlandırılması ilə bağlı Viyən danışıqları davam etdiriləcək. Amerika Dış İşləri Baxanlığının sözçüsü İranla danışıqlarda bəzi irəliləyişlərin olduğunu da söyləyib. Ancaq qarşıda hələ çox yolun olduğunu diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button