İran

Əraqçı Baydenin təmsilçisi ilə görüşməsini təkzib edib

İranın xarici işlər vəzirinin müavini Mehdi Əraqçı Ümmanda Co Baydenin təmsilçisi ilə görüşməsi barədə yayılan xəbərləri təkzib edib. O, bildirib ki, azər ayının 24-ü Ümmana 4 saatlıq səfər edib. Səfər zamanı ancaq Ümmanın xarici işlər vəziri Bədr Əl Busəidi ilə görüşüb.
Qeyd edək ki, İranla Amerikanın gizli görüşləri Mahmud Əhmədinijadın prezidentliyinin son vaxtlarında da Ümmanda keçirilib.
Ötən ay Amerikanın “Nyu York Tayms” qəzeti bir neçə iranlı diplomata istinadən, Əraqçının Co Baydenin müşavirləri ilə görüşmək istəməsi barədə xəbər yayımlayıb. Belə ki, Ərqaçı Baydenə heç bir şərt qoymadan BƏRCAM-a qayıtmasını bildirmək istəyib. İranın Xarici İşlər Vizarətinin sözçüsü Səid Xətibzadə isə həmin xəbəri “saxtakarlıq” adlandırıb.
Baydenin təmsilçiləri də xəbəri təkzib ediblər. Onlar bildiriblər ki, bu məsələ ilə Amerikanın yeni prezidentinin andiçmə mərasimindən sonra məşğul olacaqlar. Bildirək ki, Co Bayden bir müddət əvvəl müəyyən şərtlərlə BƏRCAM-a qayıtmağa meylli olduğunu açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button