Dünya

Netanyahu: “İran yaxın şərq üçün böyük təhdiddir”

İsrailin Baş baxanı Benyamin Netanyahu Amerikanın Difa baxanı Loyd Ostinlə keçirilən mətbuat konfəransında İran hökumətini tənqid edərək, bu ölkəni terorizmin dəstəkçisi adlandırıb. Tehran rejiminin atom silahı əldə etmək səylərindən heç zaman vaz keçməyəcəyini vurğulayan İsrail baş baxanı, İranın Yaxın Şərq üçün ən böyük təhdid olduğunu qeyd edib.
Benyamin Netanyahu ölkəsinin İranın düşmənçilik mövqeyinə qarşı hazırlıqlı olduğunu diqqətə çatdırıb.
Amerikanın Difa baxanı Loyd Ostin də məsələyə münasibətini bildirib. Onun sözlərinə görə, Vaşinqton İsrailin əmniyyətini və nizami üstünlüyünü təmin etmək prosesinə bağlıdır.

Related Articles

Bir cavab yazın

Back to top button