Dünya

New York Times: “HƏMAS-ın 40 minə yaxın döyüşçüsü və 4 aya yetəcək qədər silah və sursat var”

“HƏMAS-ın 40 minə yaxın döyüşçüsü və 4 aya yetəcək qədər silah sursat var”.

Aznewstv New York Times-a istinadən xəbər verir ki, məqalədə qeyd olunur ki, HƏMAS hərəkatının inşa etdiyi tunelin içində 35-40 min döyüşçüsü var və onların uzun müddət döyüşlər aparmaq üçün kifayət qədər silah sursatı var.

Ərəb və xarici mənbələr qəzetə açıqlayıb ki, İsrailin Həmas hərəkatının bu müharibə üçün hər türlü təchizat topladığına dair iddiaları doğrudur.

Ərəb mənbələr həmçinin  HƏMAS-ın Qəzza zolağının altında onlarla kilometr tunel tikmək üçün illər sərf etdiyini və uzunmüddətli döyüş üçün lazım olan hər şeyi topladığını bildirib.

“York Times” həmçinin bildirib ki, HƏMAS-ın avtomobillər və raketlər üçün yüz minlərlə barel neft həmçinin partlayıcı maddələr, materiallar, ərzaq, su və dərman ehtiyatları var.

Qeyd edək ki, 7 oktyabr tarixində Həmasın başçılıq etdiyi fələstinli silahlı qruplar tərəfindən Qəzzə zolağından İsrailə qarşı başladılmış genişmiqyaslı hücum əməliyyatları qısa zamanda sərhəd keçid yaxınlığında yerləşən yəhudi yaşayış məntəqələrinə və şəhərlərinə müxtəlif təyinatlı hücumlar təşkil ediblər. Hücum HƏMAS-ın nəzarətindəki Qəzza zolağından İsrailə qarşı ən azı 3000 raketdən ibarət raket zərbəsi ilə başlayıb.

Qəfil hücum İsrailin əks hücumu ilə qarşılanıb və İsrail bir gün sonra HƏMAS-a rəsmi olaraq müharibə elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button