İran

Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb

Fransanın Tehrandakı səfiri İran XİN-ə çağırılıb. Səfirə Fransa hakimiyyətinin İrana qarşı ittihamlarına kəskin etiraz təqdim olunub.

Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasındakı bəyanatlarından və İrandakı hadisələrlə bağlı yuxarıda adı çəkilən parlamentin müdaxilə xarakterli qətnaməsinin təsdiqindən sonra Fransanın Tehrandakı səfiri Nikla Reş İran XİN-ə çağırılıb.

Qeyd edək ki, noyabrın 28-də Fransa qanunvericiləri İranda xalqların qiyamında hökumət əleyhinə nümayişçilərin zorakılıqla susdurulmasını pisləyib və Avropa hökumətlərini Tehrana daha çox təzyiq göstərməyə çağırıblar.

Fransa parlamentinin ən qüdrətli palatasının bütün üzvləri bu qətnamənin lehinə səs verib və “təhlükəsizlik qüvvələrinin dinc nümayişçilərə qarşı amansız və ümumi repressiyasını” pisləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button