Site icon Aznews TV

Noyabrın 18-i gecə saatlarında İranın onlarla şəhərində nümayişlər davam edib

Yasuc, Saqqız, Bukan, İlam, Tuyserkan, Xoy, Pavə, Zahidan, Qəzvin şəhərlərində nümayişlərin daha geniş olduğu bildirilir.

Hökumət məmurları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, bir neçə yerdə odlu silahlardan atəş açılıb.

Onlarla etirazçı saxlanılıb və onların bir neçəsinin kimliyi dəqiqləşdirilib.

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində yenidən başlayan etiraz aksiyasında Azərbaycan dilində “Azadlıq, Ədalət, illi hökumət”, “Azərbaycan milləti, çəkənməz bu zilləti”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” şüarları verilib.

Exit mobile version