Azərbaycanİran

Noyabrın 18-i gecə saatlarında İranın onlarla şəhərində nümayişlər davam edib

Noyabrın 18-i gecə saatlarında etiraz nümayişləri davam edib və Güney Azərbaycanın bir neçə şəhərində aksiyaçılar hökumətə qarşı Azərbaycan dilində şüarlar səsləndiriblər.

Yasuc, Saqqız, Bukan, İlam, Tuyserkan, Xoy, Pavə, Zahidan, Qəzvin şəhərlərində nümayişlərin daha geniş olduğu bildirilir.

Hökumət məmurları nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib, bir neçə yerdə odlu silahlardan atəş açılıb.

Onlarla etirazçı saxlanılıb və onların bir neçəsinin kimliyi dəqiqləşdirilib.

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində yenidən başlayan etiraz aksiyasında Azərbaycan dilində “Azadlıq, Ədalət, illi hökumət”, “Azərbaycan milləti, çəkənməz bu zilləti”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq” şüarları verilib.

Related Articles

Bir cavab yazın

Back to top button