İran

Nüvə danışıqları “son mərhələyə” çatır; Reuters: İran, görünür, məhbusları dəyişməyə hazırdır

Rusiyanın nüvə danışıqlarındakı nümayəndə heyətinin sədri dünənki açıqlamasında müzakirələrin artıq son mərhələyə çatdığını deyib.

Rusiyanın nüvə danışıqlarındakı nümayəndə heyətinin sədri dünənki açıqlamasında müzakirələrin artıq son mərhələyə çatdığını deyib.

“Aznews tv” xəbər verir ki, Vyana danışıqlarından məlumatlı bir mənbə İran və Amerikanın tezliklə məhbus mübadiləsi ilə bağlı razılığa gələcəklərinin gözlənildiyini bildirib.

Mixail Ulyanov “Twitter” hesabında yazıb: “Deyəsən, nüvə anlaşmasının dirçəldilməsi ilə bağlı danışıqlar tezliklə yekunlaşacaq”.

Xatırladaq ki, ötən həftə “Reuters” xəbər ajansı danışıqların son mərhələyə çatdığını və Qərb diplomatlarına istinadən İranın dünya gücləri ilə 20 səhifədən çox anlaşma mətninin detallarını yaymışdı.

Qərb diplomatlarının fikrincə, anlaşmada əsas prioritet İranın Cənubi Koreya banklarında dondurulmuş pullarının azad edilməsi, İranın uranı yalnız 5%-ə qədər zənginləşdirmə öhdəliyi müqabilində əsirlərin mübadiləsi üçün uyğun şəraitin təmin edilməsidir.

Related Articles

Bir cavab yazın

Back to top button