Azərbaycan

Nyu-yorkda Azərbaycan ordusuna dəstək mitinqi keçirilib

Azərbaycanlılar Amerikanın Nyu-York şəhərində mitinq keçiriblər.
Birləşmiş Millətlər Təşkilatının binası qarşısında keçirilən mitinq daha sonra Ermənistanın Nyu-Yorkdakı nümayəndəliyi qarşısında davam edib.
Mitinqdə “Erməni işğalına son”, “Erməni qərəzli davranışına son”, “Şəhidlər ölməz, vətən bölünməz” və başqa şüarlar səsləndirilib. Bır sıra əyalətlərində olan təxminən 250 azərbaycanlı daha sonra polis nəzarəti ilə yürüş edərək Nyu-Yorkdakı Ermənistan nümayəndəliyinin qarşısına gediblər. Ermənistan nümayəndəliyi qarşısında az sayda ermənilər olub. Ermənilər təxribata cəhd etsələr də, qarşısı alınıb. Mitinqdə çoxlu sayda maşınlar üzərində şəhidlərimizin övladlarının fotoları vurulub, iştirakçılar Azərbaycan bayraqlarına bürünüblər.
Mitinqdə azərbaycanlılarla yanaşı, Türkiyə diasporunun nümayəndələri də iştirak edib

Related Articles

Bir cavab yazın

Back to top button