İran

Oktyabrın 24-də İranda etiraz aksiyaları davam edib-21 Universitetdə öyrəncilər nümayiş keçiriblər

Hökumət qüvvələri Tehran şəhərinin Sədr orta məktəbinə hücum edib, ətraf evlərə odlu silahdan atəş açıblar.

Oktyabrın 24-də İranın bir çox şəhərlərində nümayişlərin keçirilməsi ilə eyni vaxtda ölkənin 21 Universitetində də etiraz aksiyaları baş tutub.

Təbriz, Tehran, İsfahan, Sənəndəc, Şiraz, Həmədan, Dezful və başqa şəhərlərdə keçirilən nümayişlər zamanı hökumət məmurları etirazçılara qarşı zor tətbiq edib, gözyaşardıcı qazdan istifadə ediblər.

Orta məktəb şagirdlərinin aksiyalara qoşulduğu üçün hökumət məmurları bir neçə məktəbə girib, şagirdləri döyüb və onlardan bir neçəsini həbs ediblər.

Tehranda qızların “Sədr” peşə məktəbinə basqın edən polis və mülki geyimli təhlükəsizlik qüvvələri qız şagirdlərə qaşı zor tətbiq edib, onların məktəbdən çıxmalarının qarşısını alıblar.

Bir neçə qız şagirdin ağır döyüldüyünü bildirən insan haqları təşkilatlarının nümayəndələri, onlardan bir neçəsinin xəstəxanaya köçürüldüyünü, Səna Süleymani adlı şagirdin isə durumunun ağır olduğunu bildiriblər.

Related Articles

Bir cavab yazın

Back to top button