Araşdırma & Təhlilİran

Ölkədə bahalığın qarşısını alan yoxdur

İran iqtisadiyyatının bir çox görünən və görünməz müşkülləri var. Son dərəcə dövlət mafiyasına bağlı, qeyri-şəffaf və ədalətsiz düzəndə, toplumun böyük çoxunluğu normal yaşam imkanına sahib deyil. On milyonlarla insan ideal bir həyat, ev, sağlıq və yiyəcək kimi ən vacib ehtiyaclarını təmin etməkdən acizdirlər. İranın gənc nəsli, gəlişməkdə olan bir ölkə üçün ən böyük avantaj sayılabilər ancaq tam tərsinə bu bir soruna çevrilibdir. Gənc nəsil arasındakı işsizlik, başqa müşküllərin meydana gəlməsinə də səbəb olub. İllərdir İranda iş başına gələn siyasətçilər, iqtisadi vəziyyətin yaxınlaşmasını vəd verirlər ancaq durum daha da pisləşir. Hər şeydə olduğu kimi iqtisadiyyat da Əli Xamneyinin əlində olduğu üçün başqasının bir şeyləri dəyişdirmək üçün gücü də yetmir.

İranda iqtisadiyyatın düzəlməsi üçün birinci olaraq hüquq sahələri düzəlməlidir. Yəni sistemsizliyin qarşısı alınmalı və hər şeydən öncə bir huquq sistemi olmalıdır. Elə məhz hüquq sisteminə də Əli Xamneyinin izi görünür, o ədliyyə orqanlarını da öz hakimiyyəti altına alıbdır. Təxmin edilməsi çətin deyil ki, İran dünyada ən çox idari və iqtisadi fəsadın fəal bir ölkəsidir. Lap kiçik şəhərlərin bələdiyyə məclislərindən vəzirliklərə qədər bir çox fəsad və yeyintini görmək olar. Üstəlik İranda siyasi muxalifət adında bir şey olmadığı üçün hakimiyyət rəqibsiz bir şəkildə istədiyini edir. Demokrasi və şəffaflığın ən önəmli aracı olan media, yenə də Rəhbər, yəni Xamneyi əlində olduöunu görürük. Bu durumu özəlliklə Güney Azərbaycan kimi yerlərdə daha da çox görmək olar. Misal üçün güney Azərbaycanın dünyaca məşhur olan Süngün Mis Mədənində böyük bir fəsad var. İllərdir Vərziqan bölgəsində doğru-düzgün bir yol və mərizxana belə yoxdur. ancaq milyardlarla tümən sərvət mədəndən talan edilir. Buna etiraz edənlərin də səsləri bir yerə çatmır.

İbrahim Rəisi bir çox iddia ilə iş başına gəldi, ən çox da iqtisadi vəziyyətlə bağlı vədlər verdi. Ancaq iş başına gəlməsindən aylar keçməsinə rəğmən təvərrüm sürətlə dəvam edir. Amar Mərkəzinin verdiyi sayılara görə Şəhrivər ayında təvərrüm hardasa yüzdə 50-yə yüksəlib. millət təvərrümün deyiləndən rəqəmlərdən daha çox olduğuna inanır.

Bütün bu səbəblər yaxın zamanda İranda kütləvi etirazlara səbəb ola bilər.

Related Articles

Bir cavab yazın

Back to top button