İran

Ölkədə koronavirusa yoluxanlarin sayi artib

İran Sağlıq vəzirinin müavini ölkədə Covid-19 qurbanlarının sayının iki dəfə artdığını açıqlayıb. “Biz çox sayda koronavirus mərizlərini müalicə edirik. Ancaq testlərinin cavabı mənfi çıxanları koronavirusdan ölən kimi qeydiyyata almırıq. Dünya Sağlıq Təşkilatının protokollarına görə, yalnız test cavabları müsbət çıxanların koronavirusdan ölüm aamarı açıqlanır. Biz də İranda aamarı başqa ölkələr kimi açıqlayırıq. Halbuki, ölənlərin sayını elan olunan aamardan 1,5- 2,2 qat artıq hesab etmək olar”,- deyə o, bildirib. İranın Sağlıq Vəzirliyinin sözçüsü Sima Sadat Larinin məlumatına görə, ölkədə koronavirusa gündəlik tutulanların və mərizxanaya yerləşdirilənlərin aamarı son bir ayda artıb. Bu artımdan sonra mərizlik səbəbindən ölənlərin sayı da görünməmiş dərəcədə artıb. Bildirək ki, ötən gün İranda Covid-19-a tutulma nəticəsində 254 nəfər ölüb. Beləliklə, koronavirusdan ölənlərin ümumi sayı 29.070 nəfərə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button