İran

AMERİKA İRANA QARŞI SİLAH TƏHRİMİNİ UZATMAĞA ÇAĞIRIB

“Bloomberg News” diplomatik mənbələrə istinadən Amerikanın İrana silah təhriminin “məhdudiyyətsiz uzadılması” qətnamə layihəsinin Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasının üzvlərinə veriləcəyini bildirib.
23 juən, çərşənbə axşamı günü yayılan məlumata görə, Amerika daha öncə bu layihənin mətnini yalnız müttəhidlərinə vermişdi.
“Bloomberg” əldə etdiyi layihənin mətninə əsasən yazıb ki, Vaşinqton Əmniyət Şurası üzvlərindən “birbaşa və ya dolayı” yolla və “İranın daxilinə və xaricinə silah satmaq və ya çatdırmaq”dan çəkinmələrini istəyib.
Bu mətn, İrana silah təhvilini bu addımdan 30 gün öncə Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurasının ən azı komitələrindən biri tərəfindən təyid edilməsi ilə şərtləndirib.
Amerikanın verdiyi layihənin mətni Birləşmiş Millətlər Təşkilatının baş dəbirinin Əmniyət Şurasına verdiyi son quzarişə işarə edir. Bu quzarişdə Aramco-ya həmlə edən raketlərin İran mənşəli olduğu təyid olunur.

Related Articles

Bir cavab yazın

Back to top button