İran

Önümüzdəki yay Tehranı və İranın digər əyalətlərini kəskin susuzluq gözləyir

"Təsnim" xəbər ajansının məlumatına görə, Tehran şəhəri hazırda 90 gündür su çatışmazlığı ilə üzləşib və yağışlı mövsümdə yağıntıların azalması davam edərsə, qarşıdan gələn yay ərzində Tehranın su təchizatının kəsilməsi qaçılmaz olacaq.

“Təsnim”in məlumatına görə, ölkənin bəzi əyalətlərində yağış çatışmazlığı və bənd ehtiyatlarının vəziyyəti ölkə üzrə orta göstəricidən daha pis və hətta daha fəlakətlidir. Bu vilayətlərdən biri də ölkə əhalisinin 18%-ni təşkil edən Tehran şəhəridir.

Bildirilib ki, Tehranı su ilə təmin edən 5 bənd su qıtlığının yaşandığı keçən illə müqayisədə 3 milyon kubmetr su azalması ilə üzləşib. Bununla belə, aprel ayının 20-dək Tehranda 3 milyard litrdən çox su istifadə edilib ki, bu da görünməmiş rekord sayılır.

Related Articles

Bir cavab yazın

Back to top button