Site icon Aznews TV

Övladına türk adı qoymuş azərbaycanlı ana 5 ildir onun sənədini ala bilmir

Qadın bildirib ki, İranın Qeydiyyat İdarəsi 5 ildir ki, Güney Azərbaycanın Culfa şəhərindən olan Huntaya doğum şəhadətnaməsi verməkdən imtina edir.

Bundan öncə Güney Azərbaycanın müxtəlif şəhərlərində oxşar problemlər yaranıb və məsələ ictimailəşdirilib. Ayıl, Sevgi, Yağış, Anar, Atakan, Oğuz, Türkay, Elcan, Tarkan və başqa bu kimi türk adlarının qoyulduğu uşaqlara sənəd verilmədiyi üçün valideynləri məhkəmələrə müraciət edib, sosial mediada etirazlarını bildiriblər.

#Azerbaycaninguneyi

Exit mobile version