İran

ÖYRƏNCİ FƏAL DANIŞQAHIN İNZİBATİ KOMİTƏSINƏ ÇAĞIRILIB

Əllamə Təbatəbaii danişqahının əncümən dəbiri Melika Qaragözlü “danişqahın qeyri qanuni yığıncağında iştirak etmək” və “ hicabsızlıq” ittihamı ilə İnzibati komitəyə çağrılıb.
Bu barədə məlumatı Teleqram kanalında Əllamə təbatəbaii danişqahının islami əncüməni verib. Məlumata görə, Qaragözlü yığıncaqlara qatılmayıb. Bununla bağlı ümumiyyətlə, heç bir sənəd yoxdur.
Təbatəbayi danişqahın əncüməni eləcə də bildirir ki, Qaragözlünün çağırılışı öyrəncilərin inzibati şivənaməsi ilə zidd olaraq telefonla çağırılıb. Bununla bağlı ona yazılı şəkildə heç bir çağırış vərəqəsi göndərilməyib.
Bu barədə Melika Qaragözlü öz tvitter səhifəsində yazıb:
“Mənə telefon açılarkən yığıncaq günü orada olmadığımı bildirdiməmə baxmayaraq, dedilər ki, onda sonrakı yığıncaqlar üçün gəl!”.

Related Articles

Bir cavab yazın

Back to top button