Dünya

Makron: “İranla nüvə razılaşması bütün problemləri həll etmir”

Fransa prezidenti Emmanuel Makron Əlcəzairə səfərində jurnalistlərin suallarını cavablandırıb və İranla nüvə danışıqları barədə açıqlamalar verib.

Emmanuel Makron hal-hazırda cavabdeh tərəfin İran olduğunu deyib.

O, İran təhdidi ilə bağlı nüvə razılaşmasının bütün problemləri həll edə bilməyəcəyini bildirib.

Yaxın həftələrdə razılaşmanın imzalanıb-imzalanmayacağı ilə bağlı jurnalistlərin sualını cavablandıran Makron belə bir proqnoz verə bilməyəcəyini açıqlayıb.

“Qərb ölkələri balanslaşdırılmış bir razılaşma mətninin hazırlanmasına çalışdılar və təklif olunan son mətn razılığa gəlməməkdən daha yaxşıdır”- deyə, Fransa prezidenti bildirib.

O, nüvə razılaşmasının bütün məsələləri həll edə bilməyəcəyini deyib.

Makron İranın raket proqramları, bölgə ölkələrinə müdaxilələri və sabitsizliyə səbəb olan hərəkətləri barədə danışıqların aparılmasının vacibliyini qeyd edib.

Bundan bir gün öncə Emmanuel Makron Beynəlxalq Atom Enerjisi Agentliyi və onun başçısı Rafael Qrossini dəstəklədiyini, İranın agentliyin tələb etdiyi qaranlıq məqamlara aydınlıq gətirməyə borclu olduğunu söyləyib.

Related Articles

Bir cavab yazın

Back to top button