Dünya

ASTARA-ASTARA DƏMİRYOLU BARƏNDAZININ AQİBƏTİ NƏDİR?

İran və Xəzər dənizi vasitəsilə Avropa ilə Rusiya arasındakı tranzit irtibatını Hind oqyanusu, Xəlic və Cənubi Asiya ölkələrinə birləşdirəcəyi nəzərdə tutulan Qəzvin-Rəşt-Astara dəmiryolu İranın Mekran sahillərindəki Çabahar limanının strateji əhəmiyyəti ilə yanaşı, bu ölkənin, xüsusən Gilan ustanının Orta Asiya ölkələri ilə ticarət münasibətlər qurmasına imkan verəcək.
Bu tərh yekunlaşarsa, İran həmin ticarət xətləri vasitəsilə dünya əhalisinin yüzdə 40-ilə qonşu olacaq.
8 avril 2018-ci il tarixdə İranın Astara şəhərini Azərbaycanın Astara şəhərinə birləşdirən dəmir yolu tərhinin birinci fazasının iki ölkə prezidentlərinin qatılması ilə Bakının Heydər Əliyev Mərkəzində İran-Azərbaycan ticarət konfransı çərçivəsində rəmzi açılışı olub.
Astara-Astara dəmiryolu tərhi Şimal-Cənub və Cənub-Qərb dəmir yolu koridorunun bir qismidir. Bu tərhin icrası üçün Azərbaycanda 8,5 kilometr dəmir yolu xətti, İranda isə 1,5 kilometr dəmir yolu xətti çəkilib.
Bu tərh çərçivəsində, həmin vaxt, İranın Astara şəhərində 35 hektarda barəndazın tikintisi nəzərdə tutulmuşdu və həmin 7 barəndazdan 3-ü istifadəyə verilib.
Azərbaycan tərəfinin birbaşa xarici sərmayəsi ilə icra edilən bu tərh mərz çayı üstündə dəmir yolu körpüsü, istqah və habelə başqa ticarət terminallarının, o cümlədən taxıl anbarlarının, yanacaq anbarı və Astara-Astara dəmir yolu xəttinin başqa vahidlərinin tikintisi Azərbaycan dövləti tərəfdən 60 milyon dolar sərmayə ilə tikilməli idi.

Related Articles

Bir cavab yazın

Back to top button