
Ermənistanın baş vəziri Nikol Paşinyan “İsgəndər” raketinin keyfiyyəti ilə bağlı ona düzgün olmayan məlumat verildiyini deyib. Bu barədə Ermənistanın baş vəzirinin sözçüsü Vane Gevorkyan məlumat verib.
“Nikol Paşinyan deyib: “sübutları təhlil edərək belə qərara gəldim ki, “İsgəndər”lə bağlı mənə yanlış xəbər veriblər”, – deyə, Vane Gevorkyan bildirib.
Vəzir sözçüsünün dediklərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasında nizami-tekniki əməkdaşlığa heç bir aidiyyəti yoxdur.