İran

Qərbi Azərbaycanda toyuq məhsullarının qiymətində artım olub

Təhrimlər, təvərrümün artması, ərz qiymətlərindəki dəyişim insanların alıcılıq qabiliyyətini aşağı salıb. Öz mənfəətini güdən şəxslərin minlərlə ton malı ehtikar etməsi isə durumu daha da çətinləşdirib. Beləliklə, Qərbi Azərbaycanda gündəlik tələbat mallarının qıtlığı yaranıb. Əhali ən çox toyuq məhhsullarının qıtlığı ilə üzləşib. Belə ki, Urmunun Vəliəsr meydanı və sair xiyavanlarındakı toyuq mağazalarında piştaxtalar boş qalıb. Qərbi Azərbaycanın Sənaye, Mədən və Ticarət Sazimanın rəisi Qulamriza Babai məsələ ilə bağlı açıqlama verib. O, bazarın tənzimlənməsi məqsədilə bəhmən ayının 15-dən bəri 870 yoxlama əməliyyatı həyata keçirdiklərini deyib. Əyalətdə bu pozuntular barədə 83 pərvəndə təşkil olunub. Pozuntuların miqdarı 17 milyard 572 milyon riala bərabər olub. Son hökmün çıxarılması və əlavə baxışla bağlı Hökumət Cəzaları Sazimanına müraciət edilib. Qulamriza Babai toyuğun başqa əyalətlərə qanunsuz daşınmasının qıtlığın başlıca səbəbi olduğunu vurğulayıb. Əyalətdə toyuq əti ilə bağlı gündəlik tələbatın 205-230 ton olduğunu bildirib. Qurum rəsmisinin sözlərinə görə, toyuq əti alıcılara 20 min 400 tümənə təklif olunur. Bu məhsulun təyin edilindən baha satılması qanunsuzdur. Pozuntuya yol verən şəxslər məsuliyyətə cəlb ediləcək.

Related Articles

Bir cavab yazın

Back to top button