İran

İranda son 80 ilin rekord inflyasiyası qeydə alındı

İranda inflyasiya səviyyəsi son 80 ilin rekordunu qıraraq, 52 faizi keçib. Bu barədə “Həm mihən” qəzeti məlumat yayıb.

Hakimiyyətin vətəndaşların yaşayış vəziyyətlərinin yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması vədi yalan çıxıb.

“Son illərdə inflyasiya orta təbəqəyə ən çox təsir edib və onların böyük bir hissəsini yoxsulluq həddinin altına salıb. Artıq İranda orta təbəqə dağılır”,– araşdırma yazısında bildirilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi seçkiqabağı təşviqat kampaniyası zamanı inflyasiyanın səviyyəsinin aşağı salınacağını vəd etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button