Azərbaycan

Paşinyan Qarabağı Azərbaycan ərazisi kimi artıq tanıyıb

Ermənistan fevralın 15-də Azərbaycan ilə sülh müqaviləsi üzrə işin növbəti mərhələsini başa vurub və təkliflərini rəsmi Bakıya təqdim edib.

“Sputnik-Armenia”ya xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, söhbət Ermənistanın təkliflərinin əks olunduğu tam müqavilənin layihəsindən gedir.

“Biz layihə üzərində işləyərkən hər an imzalamağa hazır olduğumuz sənədi əldə etmək məntiqini əsas götürürük. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Ümid edirik ki, danışıqlar prosesinin üç mərhələsi ərzində əldə olunmuş müəyyən tərəqqini daha da inkişaf etdirmək mümkün olacaq”, – Paşinyan əlavə edib.

Baş nazirin sözlərinə görə, əsas odur ki, imzalanma dayanıqlı sülhə gətirib çıxarsın.

O, hökumətin və şəxsən özünün maksimum qısa müddət ərzində bu müqaviləni imzalamağa hazır olduğunu təsdiqləyib.

Ednews-a danışan politoloq Qabil Hüseynlinin sözlərinə görə, Ermənintan tərəfi sülh müqaviləsi imzalamağa can atır:

“Sülh müqaviləsinin imzalanmasına Ermənistan can atır. Xüsusən də Mirzoyanın Türkiyə səfərindən və orada Çavuşoğlu ilə görüşündən sonra aktivlik göstərirlər. Paşinyan gecə Nazirlər Kabinetini toplayıb və Azərbaycanın göndərdiyi 5 maddəlik sülh müqaviləsinə cavabı Bakıya təqdim edib. Onlar qeyd edirlər ki, müəyyən düzəlişləri və təklifləri var. Təkliflərinin və düzəlişlərin hələki nədən ibarət olduğunu biz bilmirik. Bizə bir şey aydın olub ki, Qarabağı və orada yaşayan erməniləri Azərbaycanın tərkib hissəsi kimi qəbul edir. Ancaq sülh müqaviləsinə belə bir müddəa salmaq istəyirlər ki, orada yaşayan ermənilərin hüquqlarının qorunması üçün hansısa bir xarici təşkilat qurulsun. Bu da Azərbaycanın daxili işlərinə müdaxilədir”.

Əbülfət Baxşəli

Related Articles

Bir cavab yazın

Back to top button