İran

Qoçkəndinin keçmiş bələdiyyə başçısı saxlanılıb

Muğanın Qoçkəndi vilayətinin keçmiş şəhrdarı, Şəhər Şurasının üzvü, habelə bu şəhərin Şəhrdari İdarəsi və Sənədlərin Səbti İdarəsinin 4 nəfər işçisi tutuqlanıb. Saxlanılan şəxslər “mali pozutular və rüşvət alma” ittihamı ilə təqsirləndirilərək, həbs, şallaq, nağd cərimə və dövlətdə xidmətdən məhrum edilmə cəzalarına məhkum olublar. Məsələ ilə bağlı Ərdəbil Əyaləti Dadqüstərisinin baş rəisi Nasir Ətəba:ti məlumat verib. Onun sözlərinə görə, tutuqlananlarla bağlı pərvəndə məhkəmə qurumu və əyalətin Baş Bazrəsi İdarəsi ilə “Sepah”ın İttilaat Şöbəsinin həmkarlığına əsasən açılıb. Məhkəmə baxışından sonra curmlərə uyğun hökmün çıxarılacağı açıqlanıb.

Related Articles

Bir cavab yazın

Back to top button