Dünya

“Pençe Kartal-2” əməliyyatında 33 terrorçu məhv edilib

İraqın quzeyindəki Qara bölgəsində terrorçulara qarşı başladılan “Pençe Kartal-2” əməliyyatında 33 terrorçu məhv edilib. Bu barədə Türkiyə Milli Difa Vəzirliyi məlumat yayıb.
“Əməliyyat çərçivəsində, ilk növbədə, terrorçulara aid nizami sığınaqlar, silah-sursat anbarı, qondarma qərargah yerləri və mağaralardan ibarət 50-dən çox hədəf hava hücumu ilə məhv edilib. 40-dan çox uçağın iştirak etdiyi əməliyyatda Pəhpad və zərbə Pəhpadları ilə yanaşı, tanker və kəşfiyyat uçaqlarına də tapşırıq verilib. Əməliyyata 40-dan çox uçaq, o cümlədən Pəhpad və zərbə Pəhpad-ları cəlb edilib. Bundan başqa, kəşfiyyat uçaqları vasitəsilə terrorçuların gizləndiyi yer bəlli edilib. Böyük ölçüdə yerli və milli silah-sursatdan istifadə edilən hava hərəkatında hədəflər dəqiqliklə vurulub Bununla da terror təşkilatının bölgədəki varlığına böyük zərbə endirilib. Hava hərəkatından sonra isə bölgəyə helikopter vasitəsilə quru qoşunlar yeridilib. İlk qarşıdurmada şəhid olan qəhrəman əməkdaşlarımızın qanı yerdə qalmayıb”, – deyə vəzirliyin məlumatında bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button