İran

Pentaqon: İranın dəniz hövzəsindəki təhlükəli fəaliyyətlərini izləyirik

Havkins noyabrın 2-də "Şərq əl-Vusta" qəzetinə müsahibəsində Amerika Dəniz Qüvvələrinin davamlı sayıqlıq və regionda iştirak etməklə bölgəsəl müttəfiqləri ilə işbirliyinə davam etdiyini deyib.

Amerika Dəniz Qüvvələri Beşinci Navqanının Mərkəzi Fərmandehliyinin sözçüsü Tim Havkins İranın körfəzin uluslararası sularında artan təhlükəsi ilə bağlı uyarıb və “bu təhlükə ilə mübarizə aparmaq üçün uluslararası və davamlı əməkdaşlığa ehtiyac var” deyib.

Havkins noyabrın 2-də “Şərq əl-Vusta” qəzetinə müsahibəsində Amerika Dəniz Qüvvələrinin davamlı sayıqlıq və regionda iştirak etməklə bölgəsəl müttəfiqləri ilə işbirliyinə davam etdiyini deyib.

Ötən aylarda dəniz kanallarında gəmilərə hücumlar olunduğunu söyləyən Havkins Amerikanın dəniz əmniyətinə xüsusi önəm verdiyini vurğulayaraq deyib: “İran tərəfindən artan təhdidlərlə yanaşı, Amerika İranın Yaxın Şərq sularındakı hərəkətlərini də diqqətlə izləyir”.

Xatırladaq ki, Amerikanın Müdafiə Baxanlığı daha öncə İran təhlükəsinin Orta Şərqi təhdid etdiyini və Amerika və uluslararası güclərin bu təhlükələrdən xəbərdar olduğunu vurğulayıb.

Habelə qeyd edək ki, 2019-cu ildə bir sıra xarici neft tankerlərinə, özəlliklə Hormuz Boğazında hücumlar olub. Amerika Dəniz Qüvvələri İranı bu hücumların səbəbkarı kimi göstərsə də, Tehran bunu inkar edib.

İsrail isə daha öncə İranın təhdidləri ilə mübarizə aparmaq üçün Qırmızı dənizdə öz nizami varlığını artıracağını qeyd edib.

Dəniz əmniyətini təhdid edən İranın bütün bu fəaliyyətləri Amerikanın keçmiş prezidenti Donald Tramp dövründə sıfıra ensə də, Co Baydenin hakimiyyətə gəlməsindən sonra daha da artıb.

Related Articles

Bir cavab yazın

Back to top button