Dünya

Pentaqon: İranın raket proqramı ölümcül zərər vurmaq üçün nəzərdə tutulub

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin sözçüsü Con Kerbi İran İslam Cümhuriyyətinin raket proqramı ilə bağlı fikirlərini bölüşüb.

Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyinin sözçüsü Con Kerbi İran İslam Cümhuriyyətinin raket proqramı ilə bağlı fikirlərini bölüşüb.

“Aznews tv”xəbər verir ki, bu barədə Con Kerbi dünən, fevralın 9-da Pentaqonda keçirilən mətbuat konfransında məlumat verib.

Bildirilir ki, o, İranın raket proqramının hücum etmək və ölümcül zərər vurmaq məqsədi ilə nəzərdə tutulduğunu deyib.

“Bu haqda bir şey deyə bilmərəm. Çünki bunun təfərrüatları haqqında məlumatımız yoxdur. Mən İranın danışdığı raketlə bağlı heç nə görməmişəm və siz mediada xəbərlərdən məndən tez məlumat alırsınız”, – deyə Kerbi İranın yeni raketlərinin gücü ilə bağlı iddialarına münasibət bildirərkən qeyd edib.

Qeyd edək ki, İran ara- sıra Çin və Rusiya kimi ölkələrin köməyilə hazırladığı, lakin “yerli istehsal” adlandırdığı silah- sursat və raketlərin təntənəli təqdimatını keçirir, onun ətrafında geniş propaqanda aparır. Amma ötən illərdə döyüş meydanında olan təcrübələr İran raketlərinin çoxunun hədəfə çatmadan, yarı yolda partlamayaraq yerə çırpıldığını nümayiş etdirib.

Related Articles

Bir cavab yazın

Back to top button