Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
Dünyaİran

Abbas Əraqçi: İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır

İran nüvə silahından imtinaya zəmanət verən saziş imzalamağa hazırdır, lakin dinc məqsədlərlə nüvə enerjisini inkişaf etdirməkdən imtina etməyəcək.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

“Biz İranın nüvə silahı əldə etməsinin qarşısını almağı nəzərdə tutan istənilən razılaşmaya hazırıq. Lakin sazişin məqsədi İranı qanuni hüquqlarından (dinc məqsədli nüvə enerjisini inkişaf etdirməkdən) məhrum etməkdirsə, o zaman biz belə bir razılaşmaya hazır deyilik”, – nazir qeyd edib.

Nazir bildirib ki, İran danışıqların altıncı raundunda nüvə sazişi üzrə mümkün razılaşma planını Amerika tərəfinə təqdim etməyi planlaşdırır.

Qeyd edək ki, istər Amerika kəşfiyyatı, istərsə də BAEA-nın məlumatlarına əsasən İran uranı dinc məqsədlər üçün gərək olandan qat-qat artıq, 60% həcmində zənginləşdirib və qısa zamanda nüvə bombası əldə edə bilər.

Related Articles

Bir cavab yazın

Back to top button