İran

İranda yoxsulluğun artmasına görə qadınlar öz saçlarını satmağa başlayıb

İranda bir neçə gözəllik salonlarından əldə edilən məlumatlara görə, saçlarını satan müştərilərin 90%-i yaşam problemləri və yoxsulluq üzündən saçlarını satışa çıxarır.

İranda iqtisadi böhran və yoxsulluq səviyyəsinin kəskin artmasının ardından ölkə mediasında qadınların yaşayış xərclərini təmin etməkdən ötrü öz saçlarını satması hallarının çoxalması ilə bağlı xəbərlər yayılıb.

“Aznews tv”  xəbər verir ki, məsələ ilə bağlı “Xorasan” qəzeti “Dolana bilmək üçün saç satışı” başlıqlı xəbər hazırlayaraq İranda yaşayış xərclərini təmin edə bilmək üçün qadınların saçlarını satmağa məcbur olması haqqında geniş məlumat verib.

İranda bir neçə gözəllik salonlarından əldə edilən məlumatlara görə, saçlarını satan müştərilərin 90%-i yaşam problemləri və yoxsulluq üzündən saçlarını satışa çıxarır.

Gözəllik salonlarından biri məlumat verib ki, 10 yaşından tutmuş yaşlı xanımlara qədər hər kəs yaşayış xərclərini çıxarmaq məqsədi ilə saçlarını satmaq üçün onlara müraciət edir.

Qeyd edək ki, İranda yoxsulluq ucbatından öz saçlarını satmaq məcburiyyətində qalan xanımlar haqqında mətbuatda daha öncə də dəfələrlə xəbər yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button