Dünya

Pompeo: “Amerika və BƏƏ İran təhdidinə qarşı birlikdə mübarizə aparır”

Amerikanın xarici işlər vəziri Mayk Pompeo Amerika və İmaratın İran təhdidinə qarşı birlikdə mübarizə aparacaqlarını qeyd edib.
Amerika və İmarat Strateji Dialoqunun onlayn toplantısında çıxış edən Pompeo deyib: “Vaşinqton və Əbu-Zəbi Orta Şərqdəki ən dağıdıcı qüvvə, yəni İran rejimi ilə qarşı-qarşıya gəlmək üçün beynəlmiləl alanda bir-birinin yanında olacaq. İran və Çin Kommunist Hizbi tərəfindən irəli sürülən çağırışlar bölgə xalqlarını və dünyada azadlığı təhdid edir”,-deyə o, bildirib. Pompeo tvitter hesabında Amerika və İmarat strateji dialoquna da işarə edib. Bildirib ki, əmniyət, difa, təhsil, fərhəng və ticarət alanlarında ilgilərin möhkəmləndirilməsi ilə yanaşı, fəzayi proqramlar və insan haqları alanında həmkarlıq da bu danışıqların vacib tərkibini təşkil edir.

Related Articles

Bir cavab yazın

Back to top button