Dünya

Koronavirusa yoluxanların sayı 80 milyona yaxınlaşır

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı artaraq 79 milyon 57 min 222 nəfərə çatıb.

Xəbəri “Worldometers” saytı yayıb.

Bildirilir ki, pandemiya qurbanlarının sayı 1 milyon 737 min 748 nəfərdir. İndiyədək 55 milyon 648 min 450 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.

Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır.

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 18 917 152 nəfər virusa yoluxub, 334 218 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan, üçüncü sırada isə Braziliya qərarlaşıb.

Related Articles

Bir cavab yazın

Back to top button