Dünya

Amerikanın “Fire Eye” Şirkətinə haker hücumu olub

Amerikanın “Fire Eye” Sayber Təhlükəsizliyi Şirkətinə haker hücumu olub.
Məsələ ilə bağlı şirkətin amil müdiri Kevin Mendia məlumat verib. O, bildirib ki,
həmlə bilgiləri oğurlamaq məqsədilə edilib. Hələlik hansı bilgilərin ələ keçirildiyi məlum deyil. Hazırda olayla bağlı Amerikanın Federal Axtarış Bürosu və Mikrosoft araşdırma aparır. Kevin Mendianın sözlərinə görə, indiyədək aparılan axtarış tədbirləri zamanı məlum olub ki, sayber hücumunun əsas məqsədi müştərilərilərin təhlükəsizliyini sınamaq üçün istifadə edilən Qırmızı Tim dəyərləndirmə əbzarına daxil olmaqdır. Məlumata əsasən, bu əbzar sayber hücumçunun davranışını təqlid etməklə “Fire Eye” şirkətinin öz müştərilərinə təhlükəsizlik təşxisi xidmətləri göstərməyə imkan yaradır.
Qeyd edək ki, “Fire Eye” şirkəti Amerikanın Milli Təhlükəsizlik Şurası təkin əyalət və federal qurumlarının sayber təhlükəsizliyi məsuliyyətini daşıyır. Hazırda FBI bu sayber həmlə üzrə təhqiq və araşdırma işlərinə başlayıb. Bundan başqa, Amerikanın Nümayəndələr Məclisi Əmniyyət Şöbəsi bütün təhlükəsizlik qurumlarından bu məsələni araşdırmağı istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button